Azərbaycan İdeyası

"Ayda 200 manat qazpulu verirsə, belə çıxır ki, o, evində restoran işlədir?!"

Tarix:27-01-2021, 14:39
Baxış Sayı:101


Qazın verilişinə olan məhdudiyyətlər və borcların hesablanmasında yaranan problemlərlə bağlı mövzular cəmiyyəti ciddi narahat edir. Vətəndaşlar sayğaclar dəyişildikdən sonra gələn borcların istifadə olunan qaz sərfiyyatından 2-3 dəfə artıq borc gəldiyini iddia edirlər. Bundan əlavə, qış fəslinin olmasına baxmayaraq, saatlarla qazın verilməsində məhdudiyyətlər olması ilə bağlı haqlı şikayətlər də az deyil.
Qazın verilişinə olan məhdudiyyətlər və borcların hesablanmasında yaranan problemləri KONKRET.az-a şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, qaz sayğaclarına müdaxilələrin olması ilə bağlı konkret fikir səsləndirmək çətindir: “Mütəxəssis olmadığıma görə o sayğaclara müdaxilənin mümkün olub-olmamasını bilmirəm. Amma qaz ölkəsi olaraq və bütün dünyanı qazla təmin edən dövlətdə qazın qiyməti o qədər aşağı olmalıdır ki, insanlar arasında hər hansı bir narazılıq olmasın. Hətta bir çox ölkələrdə qaz və neft məhsulları, ümumiyyətlə, pulsuzdur. Çalışmalıyıq ki, insanlar bu məsələdən şikayət etməsin. Qaz ölkəsi olmasına baxmayaraq, satışa görə Azərbaycan ən baha qaz satan dövlətlərdən biridir. Amma sayğac belə gəldi, kimsə az və ya çox işlətdi kimi problemlər sadəcə müvəqqəti xarakter daşıyır”.
Partiya rəhbəri vurğulayıb ki, bütün ölkədə qəbul edilib ki, xammal satan ölkədə həmin məhsullar ucuz olur: “Təəssüf ki, Azərbaycanda bu tendensiyaya əməl olunmur. Türkmənistanda qaz pulsuzdur. Azərbaycanda da bu təcrübəni tətbiq etmək olar. Ya da vətəndaşın istifadə etdiyi qazın bir hissəsini pulsuz, digər hissəsini bugünkü qiymətlərlə satmaq olar. Dövlət əhalinin xərcinin bir hissəsini öz üzərinə götürməlidir. Bu, dünyada qəbul edilmiş qaydadır. Çünki milli gəlirlərin hamısı dövlət büdcəsinə daxil olmur, əksinə 5-10 məmurun cibinə axır. Ona görə də hökumət vətəndaşları da düşünməlidir. Bundan əlavə bizdə əməkhaqqı olduqca aşağıdır. İmkanı olmayan insan ayda 200 manat qaz pulunu necə ödəyə bilər? Belə çıxır ki, o, evində restoran işlədir?!”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı