Azərbaycanlılar neft yatağına “Kəpəz” deyirdilər – Kəpəz dağının şərəfinə. Kəpəz dağı Azərbaycanın ikinci böyük şəhəri Gəncənin yaxınlığındadır. Ətəyində mənzərəli Göygöl gölü var. Türkmənlər isə bu sahəyə “Sərdar” adını vermişdilər. Sərdar farsca “komandir” deməkdir. İki ölkə nəhayət ki, sahəni dostluq mənasını verən “Dostluq” adlandırmağa razı oldular və ehtiyatlarını birlikdə istismar etdirməyə razılaşdılar.
Bura kiçik neft sahəsidir. Lakin çox əhəmiyyətlidir. Mütəxəssislərin fikrincə, yataqda 100 milyarddan artıq təbii qaz ehtiyatları ilə yanaşı 60-70 milyon ton neft var. Mənfəətin necə bölünəcəyi barədə təfərrüatlar hələ açıqlanmayıb. 1990-cı illərdə, Xəzər bölgəsində ikinci “neft bumu” başlayanda tərəflər karbohidrogen yatağının işlənməsi ilə bağlı bir uzlaşmaya gələ bilmədilər. O dövrdə Azərbaycan yatağın birgə işlənməsi üçün güzəştə getməyə hazır idi. Əvvəlcə Türkmənistanın da hazır olduğu görünürdü. Amma müqavilənin imzalanma mərhələsindən əvvəl Aşqabad fikrini dəyişdi. İndi zaman dəyişdi, geosiyasi vəziyyət düzəldi.
Azərbaycan ilə Türkmənistan arasındakı bu müqavilənin indi imzalanması artıq zərurət idi. Türkmənistanın pula ehtiyacı var. Doğrudur, Aşqabad Rusiya və Çinə təbii qaz ixracatına çox güvənir. Ancaq indi ölkə iqtisadi durğunluq vəziyyətindədir. Beynəlxalq investorlar, iş mühitinin yaxşılaşdırılması, dövlət müəssisələrinin özəlləşdirilməsi və ya korrupsiya ilə mübarizə üçün lazımi tədbirlərin görülməməsi səbəbindən ölkəyə investisiya qoymaqdan çəkinirlər. Türkmənistan Prezidenti Qurbanqulu Berdimihəmmədov xarici investorların ölkənin enerji sektorunun inkişafında iştirakını təşviq etdi. Lakin bu, heç nəyi əhəmiyyətli dərəcədə dəyişdirmədi. Ona görə dəTürkmənistanın yeni gəlir mənbələrinə ehtiyacı var idi. Belə bir zamanda Azərbaycan Türkmənistana əlini uzatdı. Bu anlaşmaya Aşqabadın çox böyük ehtiyacı vardı.
Bundan əlavə, bu yaxınlarda Cənub Qaz Dəhlizinin inşasının başa çatması və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Aşqabadın mövqeyinə bir qədər həvəs və sağlam bir siyasi praqmatizm dozası gətirdi. Cənub Qaz Dəhlizi regional enerji layihələri baxımından uğurlu bir nümunə oldu. Xəzər dənizindən yeni marşrutla Avropaya təbii qaz tədarükü vaxtında və 2020-ci ilin son günündə başladı. Bu Azərbaycan üçün olduqca əlverişsiz il olan 2020-ci ilin daha bir xoş hadisə idi. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də bölgədə yeni reallıqları diqtə etdi, geosiyasi maraqları gücləndirdi.
“Dostluq” yatağının birgə istismarı Xəzərdə regional sabitliyin möhkəmləndirilməsinə əlavə töhfə verəcək. Azərbaycan və Türkmənistan arasındakı bu razılaşma gələcəkdə daha böyük layihələr üzərində işləyəcək iki ölkə arasında etimadın artmasına kömək edəcəkdir. Bu layihənin ən bariz hissəsi Transxəzər qaz kəməridir. Bu boru kəməri Orta Asiyadakı zəngin təbii qazın Xəzər dənizindən, yəni Rusiya və ya İran ərazisindən keçmədən Avropaya nəqlinin iqtisadi cəhətdən əlverişli yeganə yoludur. Tam müstəqil bir boru kəməri uzunmüddətli bir hədəf ola bilsə, onda qısa müddətdə Azərbaycan və Türkmənistan regiondakı mövcud iki qaz yataqlarının ehtiyatlarını daşıya biləcək magistral yeni xətt qura bilər.
Yada salaq ki, Xəzər bölgəsində ilk “neft bumu” ötən əsrin əvvəllərində baş verdi. Bu, 1990-cı illərin əvvəllərinı, Sovet İttifaqının dağılmasından həmən sonra baş verdi. Cənub Qaz Dəhlizinin inşasının başa çatması və “Dostluq” yatağı ilə bağlı bir saziş bağlanmasından sonra ikinci “neft bumu” kimi yaddaşlarda qalacaq.
Lyuk Koffi, “Heritage Foundation” beynəlxalq siyasət mərkəzinin rəhbəri, “TRT World” telenəşri üçün.
Konkret.az