Azərbaycan İdeyası

Xoşbəxt Yusifzadə: “380 milyon ton neft…”

Tarix:4-11-2015, 12:47
Baxış Sayı:1 261

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan indiyədək 380 milyon ton neft, 714 milyard kubmetr qaz hasil edilib.
"Korrupsiya və Qanun" qəzetinə istinad olaraq, Report xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"Artıq 16 ildir ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində mənfəət neftindən gəlir əldə edir. İndiyədək dünya bazarına Azərbaycanın payına düşən 209 milyon ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır", - X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda "Azəri-Çıraq-Günəşli" blokunda 85 işləyən quyudan gündə orta hesabla təxminən 87 min tondan artıq neft və 33 milyon kubmetrdən çox qaz hasil olunur. SOCAR rəsmisi qeyd edib ki, bu ilin 10 ayı ərzində AÇG üzrə 26 milyon ton neft hasil edilib və bunun 17 milyon tonu, yəni 65%-i Azərbaycanın mənfəət neftinin payına düşür. Bu ilin 10 ayında bu yataqlardan 10 milyard kubmetr qaz hasil edilib.
"Cari ilin noyabrın 1-dək dünya bazarına 396 milyon ton neft çıxarılıb ki, bunun da 288 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilib. Bu ilin 10 ayında isə Azərbaycandan dünya bazarına 28 milyon ton neft çıxarılıb ki, bunun da 24 milyon tonu BTC ilə nəql edilib", - deyə X.Yusifzadə bildirib.
Vitse-prezident qeyd edib ki, bu ilin sonunadək "AÇG" yataqlarından 385 milyon ton neft hasil ediləcək ki, bu da ilkin geoloji ehtiyatların cəmi 17%-i deməkdir. Onun sözlərinə görə, 2060-cı ildə isə 700 milyon tondan artıq neft hasilatı nəzərdə tutulur ki, bu da neftvermə əmsalının 50%-ə çatdırılmasına imkan yaradır.

OXŞAR XƏBƏRLƏR
Freya 6 avqust 2023 15:12
  Жалоба     
Thank you for the auspicious writeup. It actually was
a entertainment account it. Glance complicated to more brought agreeable from you!

By the way, how could we keep in touch?

Feel free to visit my site: oddigo
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd