Azərbaycan İdeyası

Daha bir marşrut xətti BNA-ya verildi

Tarix:10-02-2021, 16:29
Baxış Sayı:110


Sabahdan 35 nömrəli müntəzəm marşrut xətti (Yavər Əliyev küç (Akkord binaları) – Ramiz Quliyev (Bravo market) ) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12-metrlik "BakuBus" MMC-yə məxsus avtobuslarla icra ediləcək.
BiG.AZ xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
"Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib.
Dəyişiklik sayəsində 35 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada "BakıKart" vasitəsilə həyata keçiriləcək. Bununla da nağdsız qaydada fəaliyyət göstərən marşrutların sayı 47-ə çatacaq.
Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 35 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı "Kənan-2000" şirkətinə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.
Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 35 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə olunub", - məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı