Azərbaycan İdeyası

Kəlbəcər rayonunda biznes hotel və istirahət kompleksinin tikintisi planlaşdırılır

Tarix:21-05-2026, 17:30
Baxış Sayı:8


"Kəlbəcər rayonunda biznes hotel və istirahət kompleksinin tikintisi planlaşdırılır".

Oxu.Az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən, münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı tədbirdə deyib.

O bildirib ki, kompleksin 34 hektar ərazidə inşa olunması nəzərdə tutulur:

"Burada hotel, restoran, kafe, anbar və inzibati binalar, çoxfunksiyalı tədbir zalı, əyləncə məkanları, həmçinin açıq və qapalı hovuzlar yerləşəcək.

145 otaqdan ibarət olacaq hotel binası eyni vaxtda yüzlərlə qonağın qəbuluna imkan verəcək.

Məlumat üçün bildirirəm ki, qeyri-yaşayış sahələrində əsas fəaliyyət istiqamətlərinin qurulması iqtisadiyyatın canlandırılması, yeni iş yerlərinin yaradılması, əhalinin əsas ehtiyaclarının qarşılanması, eləcə də infrastruktur və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

İlkin mərhələdə özəl investisiyalar hesabına Kəlbəcərdə hotel binasının, eləcə də yaşayış və qeyri-yaşayış çoxmənzilli komplekslərin tikintisi planlaşdırılır.

Kəlbəcər şəhərində və digər azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri regionun infrastrukturunun bərpası ilə yanaşı, əhalinin sosial rifahının və dayanıqlı inkişafının təmin olunması istiqamətində atılan mühüm addımlardır.

Həyata keçirilən layihələr, investisiyaların cəlb olunması və turizmin inkişafı Qarabağ regionunda yeni həyatın əsasını qoyacaq".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı