Azərbaycan İdeyası

"Rəqəmsal Nərimanov" Hakaton yarışmasının qalibləri mükafatlandırılıb 1 2

Tarix:19-06-2026, 12:30
Baxış Sayı:3


Nərimanov Rayon İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı, eləcə də "Tedspace" şirkətinin dəstəyi ilə "Rəqəmsal Nərimanov" layihəsi üzrə hakaton yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Tədbirdə Nərimanov rayon rəhbərliyi, Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin, elm və təhsil müəssisələrinin təmsilçiləri, eləcə də çoxsaylı gənclər iştirak ediblər.

Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Taleh Kərimli, Millət Vəkilləri və digər natiqlər ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin, habelə dövlət idarəetməsinin və infrastrukturunun yüksək səviyyədə rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Möhtərəm Prezident cənab İlham Əliyevin siyasəti və Respublikanın Birinci vitse-prezidenti, Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı ciddi uğurlara imza atılacağına əminliklərini ifadə ediblər.

Daha sonra əsas prioriteti ərazi idarəetməsində çevikliyin və operativliyin artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və sakinlərin məmnunluğunun artırılması olan "Rəqəmsal Nərimanov" hakatonunun qalibləri elan olunub. İnnovativ yanaşması, praktiki tətbiq imkanları və effektivliyi ilə fərqlənən ən yaxşı 3 komandaya mükafatlar təqdim edilib.

Tədbir iştirakçıları belə təşəbbüslərin gənclərin innovasiya fəaliyyətinə marağının artırılmasına, yeni ideyaların formalaşmasına və rəqəmsal transformasiya prosesinə töhfə verdiyini vurğulayıblar.

Mərasimin sonunda qonaqlar üçün bədii proqram təqdim olunub. Musiqi nömrələri və yaradıcı çıxışlardan ibarət bədii hissə iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbir xoş təəssüratlarla başa çatıb.


OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı