Azərbaycan İdeyası

Qənirə Paşayeva telekanallardan gileyləndi

Tarix:10-01-2017, 16:34
Baxış Sayı:301

 Qənirə Paşayeva telekanallardan gileyləndi

Millət vəkili Qənirə Paşayeva telekanalların bugünkü vəziyyətindən yazıb. Korrupsiya və Qanun saytı xəbər verir ki, deputat hazırkı vəziyyətdən gileylənib:
"Xeyli vaxt idi ki televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verilişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızın birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı."Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrofona "xoşbəxt olsunlar, sənin üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə nə yaxşı ki vaxtında getdin televiziyadan dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verilişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez "Qənirə xanım niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz axı siz bu sahədən gəlibsiniz" deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, onu efirə çağırmayın deyə göstərişlər verirlər.
Hətta eləsi var ki deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "vallah Qənirə xanımın üzünə baxanda utanırıq amma neyləyək" deyir. Mən də uşaqlara narahat olmasın mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!"

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı