Azərbaycan İdeyası

"Mənim ANS-lə heç bir şəxsi qərəzliyim yoxdur, amma..."

Tarix:20-07-2016, 10:52
Baxış Sayı:391

"Mənim ANS-lə heç bir şəxsi qərəzliyim yoxdur, amma..."
Mənim ANS-lə heç bir şəxsi qərəzliyim yoxdur. Natavan Həbibi ilə davam zamanı orada vəzifədə olan bəziləri demişdi ki, əlimdə sübutum var. Amma sonra yoxa çıxdılar. ANS məndən çox güclü və hörmətli bir kanaldır. Onda niyə şəhidimizin problemini vaxtında efirə çıxartmırdı? Görməməyi mümkün deyil.

Criminal.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.

O, ANS telekanalı ilə bağlı sərt sözlər yazıb, onu tənqid edənlərə isə belə cavab verib: "Mən əsgər forması geyindim, ANS on dəfə efirdə dedi ki, Tolik kimilər... Halbuki, öz işçiləri arasında məndən yüz, min qat artıq oyundan çıxanlar var. Niyə xəstəxanada kimsəsiz qalan hansısa xəstəni yox, Pensilvaniyadakı qoca adamı çəkmək yadlarına düşürdü? Bu, mənim mövqeyimdir, kimin xoşuna gəlmirsə, səhifəmdən getsin. Vaxtında o qədər müğənnini ağladıblar ki, Allah göydən görür. Bəzi müğənnilər nəsə deməkdən qorxar, amma mən qorxmuram.

Şükür Allahıma, ölkəmə, dövlətimə sadiq vətəndaşam. Bəzi məşhurlar onları efirə çağırırlar deyə yaltaqlıq etməsinlər. Buradan o kanala deyirəm ki, nə məni, nə də mənim çalışdığım müğənniləri efirə çağırmayın, ehtiyacımız yoxdur".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı