Azərbaycan İdeyası

SOCAR-ın VİTSE-PREZİDENTİ İSTİNTAQA CƏLB OLUNUB – “Gülən İşi”ndə yenilik

Tarix:11-01-2017, 15:16
Baxış Sayı:473

  SOCAR-ın VİTSE-PREZİDENTİ İSTİNTAQA CƏLB OLUNUB – “Gülən İşi”ndə yenilik
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan “Gülən İşi” üzrə istintaqa cəlb olunub. Bu barədə Gununsesi.info-ya Xalik Məmmədova yaxın mənbələrdən informasiya daxil olub.
Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub.
“Gülən İşi”nə görə Azərbaycanda açılan 162006055 nömrəli cinayət işində Xalik Məmmədovla yanaşı, başqa qurumları təmsil edən şəxslərin adı keçir.
Qeyd edək ki, Fətullah Gülənin Türkiyədə çevrliş planının ifşasından sonar qardaş ölkənin hökuməti bu şəbəkənin Azərbaycandakı dayaqlarının “vurulması” üçün rəsmi Bakı ilə işbirliyinə gedib.
Gülən şəbəkəsinə daxil olan məktəb və liseylər, habelə, bir sıra dərnəklər bağlanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı