Azərbaycan İdeyası

Azərbaycanda bir sıra ödənişlər ancaq elektron qaydada olacaq

Tarix:13-01-2017, 13:29
Baxış Sayı:314

 Azərbaycanda bir sıra ödənişlər ancaq elektron qaydada olacaq

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bundan sonra bir çox ödənişlər elektron qaydada həyata keçirilməlidir.
Korrupsiya və Qanun saytı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi tələb olunan sahələrin siyahısını təqdim edir:

- İnzibati cərimələr;

- Maliyyə sanksiyaları;

- Vergilər;

- Gömrük rüsumları və yığımları;

- Faizlər;

- Lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

- Sığorta ödənişləri;

- Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

- Stasionar telefon xidmətləri və kommunal xərclər;

- Vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması;

- Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

- Təhsil haqlarının ödənilməsi;

- Tur agentlərə ödənişlər.

Qeyd edək ki, bu dəyişikliklərlə bağlı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər edilib. Onların tam mətni ilə buradan tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı