Azərbaycan İdeyası

Əməkhaqqından vergi tutulması QAYDALARI - aylıq gəlirdən 400 AZN güzəşt

Tarix:5-04-2017, 16:19
Baxış Sayı:305

 Əməkhaqqından vergi tutulması QAYDALARI - aylıq gəlirdən 400 AZN güzəşt
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin şöbə rəhbəri Əvəz Quliyevin şərhinə əsasən, fiziki şəxslərdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə vergi tutulur:
«Fiziki şəxslərin gəlirindən, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14% faiz, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur. Əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir».

Ə.Quliyevin sözlərinə görə, milli qəhrəmanların, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 AZN məbləğində, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 AZN məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 AZN məbləğində azaldılır. Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 AZN məbləğində azaldılır.
«Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib-ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər. Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.
Misal 1: Fiziki şəxsin aylıq gəliri 450 manat olduğu halda, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:
Gəlir vergisi: 450-155=295*14%=41.3 AZN
DSMF: 450*3%=13.5 AZN
Deməli, vergi çıxıldıqdan sonra ələ çatan pul: 450-(41.3+13.5)=395,2 AZN

Misal 2: Fiziki şəxs məcburi köçkün olduğu halda və əməkhaqqı 450 manat təşkil etdikdə, əməkhaqqından aşağıdakı qaydada vergi tutulacaq:
Gəlir vergisi: 450-155-100=195*14%=27,3 AZN
DSMF: 450*3%=13,5 AZN
Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 450-(27,3+13,5)=409,2 AZN

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı