Azərbaycan İdeyası

Deputat benzinin bahalaşmasından danışdı: “Yaxın günlərdə A-92-nin …”

Tarix:20-08-2018, 12:36
Baxış Sayı:272

  Deputat benzinin bahalaşmasından danışdı: “Yaxın günlərdə A-92-nin …”


"Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95" və "Super Euro-98" markalı yanacaqdan istifadə etdiyi üçün xidmət sahələrinə benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək".
ONN media bildirir ki, bu sözləri Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib.Millət vəkili əlavə edib ki, həmin növ yanacaqlar xaricdən alındığı üçün qiymət artımı qaçılmazdır:
"Həmin yanacaqlar xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Ölkəmizdə ən çox istifadə olunan yanacaq dizel və A-92 növ benzindir.Ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir.Ona görə də bu qiymət artımı xidmət sahələrinə təsir göstərməyəcək".
Millət vəkili Aydın Hüseynov "A-92" növ benzin və dizelin bahalaşmayacağını bildirib:
"Həmin növ yanacağın qiymətinin qaldırılması gözlənilən deyil.Çünki o yanacaqlar ölkəmizdə istehsal edilir. Yaxın günlərdə A-92 növ benzinin qiymətinin qalxmasını gözləmirəm.Ümumilikdə isə qiymət artımı bazarın konyukturasından asılıdır və buna görə tənzimlənir".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı