Azərbaycan İdeyası

79 dövlət əmlakı özəlləşdirilir - FOTO

Tarix:8-10-2018, 13:31
Baxış Sayı:252

   79 dövlət əmlakı özəlləşdirilir - FOTO


Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilmə üzrə keçirdiyi hərraclarda hər kəs rahatlıqla əmlak sahibi ola bilər. İstənilən vətəndaşın olduğu məkandan hərraca onlayn qoşulmaq imkanı operativliyi təmin edərək özəlləşdirməni sürətləndirir. Müxtəlif çeşidli dövlət əmlaklarının qiymət, ərazi və faydalılıq baxımından cəlbediciliyi vətəndaşların prosesdə iştirak marağını artırır. Bunun nəticəsində də hərraclarda rəqabət müşahidə olunur və özəl sektorda yeni müəssisələrin sayı artır.
Korrupsiya-q.az xəbər verir ki, komitə tərəfindən növbəti hərraclardan biri 6 noyabr tarixində baş tutacaq. Bu dəfə prosesə ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahələri, 6-sı nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. İnvestorlar kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aid olan bu səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri üzrə hərracda iştirak edə bilər.







Ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m aralığında olan kiçik dövlət müəssisə və obyektləri sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Onlardan biri Şəki rayonu, Şorsu kəndindəki Əmlak kompleksidir. Geniş torpaq ərazisi ilə birgə özəlləşdiriləcək obyektin ümumi faydalı sahəsi 2 min 889 kv.m-dir. Biznes fəaliyyəti üçün əlverişli ola biləcək digər dövlət müəssisəsi Oğuz rayonu, Kərimli kəndində yerləşir. Bu Anbar kompleksinin ümumi faydalı sahəsi 3 min 101 kv.m-dir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kv.m ilə 287,9 kv.m intervalındadır. Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 1 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 29.3 kv.m-dir. Bu dövlət əmlakından ictimai iaşə və ya ofis obyekti kimi istifadə etmək olar. Özəlləşməyə çıxarılan Qaz, Kamaz və Fiat markalarına aid nəqliyyat vasitələrinin buraxılış tarixləri 1995-2007 illərdir.
Prosesdə iştirak etmək istəyən şəxslər komitənin saytı (emdk.gov.az) və Özəlləşdirmə portalındakı (privatization.az) siyahıdan seçim edərək dövlət əmlaklarını sifariş verə bilər. Şəffaflığın təmin olunduğu hərraclarda təyin olunan vaxtda sifarişçilərlə bərabər, ziyarətçilərin də iştirak imkanı mövcuddur.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sabah növbəti hərrac keçiriləcək. Budəfəki hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir. Komitə investorları, mülkiyyət sahibi olmaq istəyən bütün şəxsləri, eləcə də ziyarətçiləri hərraclarda iştirak etməyə və prosesi izləməyə dəvət edir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb
Arif Babayev Bakıya gətirildi - Durumu ağırdır-Yenilənib
Arif Babayev Bakıya gətirildi - Durumu ağırdır-Yenilənib
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət