Azərbaycan İdeyası

"Baku Electronics" mağazalarını bağlayır?

Tarix:3-11-2015, 17:32
Baxış Sayı:378

"Baku Electronics" şirkətinin Bakı şəhəri ərazisində fəaliyyət göstərən iki məişət texnikası satışı mağazasının bağlanması planlaşdırılır.
Bu barədə "Korrupsiya və Qanun" qəzetinə istinadən report-a mağazalar şəbəkəsinin əməkdaşları məlumar veriblər.
Məlumata görə, bu, "Baku Electronics"in Şüvəlan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən mağazalarıdır. Buna səbəb kimi isə şəbəkənin ticarət dövriyyəsinin xeyli zəifləməsi amili göstərilir.
"Baku Electronics"in marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov isə məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Bakıda 1 mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı