Azərbaycan İdeyası

"İndidən qırılıb ölürük, bəlkə heç 65 yaşa çıxmadıq..."

Tarix:13-12-2018, 15:27
Baxış Sayı:1 298


 "İndidən qırılıb ölürük, bəlkə heç 65 yaşa çıxmadıq..."

"Pensiya islahatı adı altında həyata keçirilən tədbirlər ciddi narahatlıq yaradıb. Xüsusən də əhalinin böyük əksəriyyətini təşkil edən sosial vəziyyətin ağır olanların narazılığı daha da artıb”.
Bu fikirləri MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, Hadi Rəcəbli və onun kimilər xalqın problemlərini deyil, özlərini düşündükləri üçün bu cür narazılıq yaradan addımlar atırlar:
"Belə qanun qəbul eləmək olmaz. Pensiya yaşını qaldırırlar, guya hər kəs 80 və daha yuxarı yaşayacaq. İndidən qırılıb ölürük, bəlkə heç 65 yaşaya çıxmadıq. Fransada da pensiya ilə bağlı qanun qəbul eləmişdilər, amma camaat küçəyə tökülüb etiraz elədi. İndi bunlar Azərbaycanda da aranın qarışmasını istəyirlər. Buna yol vermək olmaz. Bbelə qeyri-ciddi təkliflər verən Hadi Rəcəblinin obyektlərinin qarşısında etiraz aksiyaları təşkil etmək olar. Narazılığı yaradan qanunlar qanunverici orqan olan Milli Məclisdə hazırlanır, qəbul olunur. Pensiya ilə bağlı narazı olan ların etirazı Milli Məclisə yönəlməlidir. Amma bəzi qüvvələr çalışır ki, narazılıqlar ölkə başçısına qarşı yönəlsin. Bax, ən böyük yanlışlıq budur”.
Partiya sədri deyib ki, edilən dəyişikliklər, qəbul olunan qanunlar xalqın xeyrinə olmalıdır, amma əksinin olduğu ortadadır.
"Pensiya yaşını artıranların millətin vəziyyətindən xəbərləri yoxdur. Ümumiyyətlə, yalançı pensiya islahatı aparanlar bilmir ki, xalq nə gündədir. Milləti qızışdırıb küçələrə tökməyə ehtiyac yoxdur. Onsuz da xaricdən, daxildə ölkəmizdəki sabitlikdən narahat olan qüvələr var. Onların əlinə fürsət vermək olmaz.
Dövləti, dövlətçiliyi qorumaq lazımdır. Bu məsələdə mən hər zaman dövlət başçısının yanındayam. Şəhid anasının əlini dəmirin arasında əzirlər, şəhidin balasını həbs edirlər. Yəni, bütün bu hadisələr ölkə başçısının zərərinə işləyir. Hesab edirəm ki, bu vəziyyəti yaradan qüvvələrə qarşı da mübarizə aparmaq lazımdır” – deyə müsahibimiz fikrini tamamlayıb. (Mia.az)

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı