Azərbaycan İdeyası

İşdən qovulan nazirlər nə qədər pensiya alır?

Tarix:16-11-2015, 15:06
Baxış Sayı:394

Son günlər Azərbaycanda ciddi kadr dəyişiklikləri həyata keçirilir. Aparılan köklü islahatlar zamanı iki nazir, bir neçə nazir müavini və onlarla dövlət məmuru tutduğu vəzifədən azad edilib.
Ümumilikdə isə son 10 ildə Azərbaycanda 10-dan çox nazir prezidentin sərəncamı ilə işdən çıxarılıb.
Maraqlıdır, işdən çıxarılan nazirlər nə qədər pensiya alırlar?
Hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, nazir postundan kənarlaşdırılan şəxslərə dövlət tərəfindən xüsusi kompensasiya verilmir.
Hüquqşünasın sözlərinə görə, nazir vəzifəsi təyinatlı post olduğundan qanunda kompensasiya nəzərdə tutulmur: “Milli Məclisə seçkilər səsvermə yolu ilə keçirildiyindən millət vəkillərinə belə bir güzəşt tətbiq olunur. Növbəti dəfə deputat seçilməyən millət vəkili bir il müddətində iş tapmadıqda, ona deputatlıq maaşının 80%-i qədərində kompensassiya verilir. Amma nazir postunu itirirsə, ona heç bir kompensassiya verilmir”.
Ə.Nuriyev qeyd edib ki, vaxtilə nazir işləmiş şəxslər pensiya alarkən onun aldığı maaş deyil, iş müddəti nəzərə alınır: “Hətta nazir barəsində cinayət işi açılırsa, bu, onun təqaüdünə heç bir təsir etmir. Yəni vaxtilə nazir işləmiş və vəzifədən azad olunan, eləcə də barəsində cinayət işi açılan eks-nazirin əmək kitabçasında nazir fəaliyyəti qeyd olunur və bu, onun aldığı təqaüdə təsir göstərmir”.
Hüquqşünasın sözlərinə görə, xüsusi rütbə və fəxri adları olan məmurların bu təltifləri yalnız məhkəmənin qərarı ilə alına bilər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib