Azərbaycan İdeyası

BAKIDA MİDA SATIŞA BAŞLADI: 30 SANİYƏYƏ 253 MƏNZİL…

Tarix:12-07-2019, 13:04
Baxış Sayı:378


Bu gün saat 11-dən başlayaraq, artıq bir neçə dəqiqədir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi mənzillərin növbəti onlayn satışını həyata keçirir.
Korupsiya-q.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İnterner Formunun prezidenti Osman Gündüz paylaşıb. Onun sözlərinə görə, bu dəfə mənzillər iddiaçıların öz vəsaitləri hesabına alınacaq.
Ümumilikdə 253 mənzil satışa çıxarılıb.
“Əlaqədar qurumlar prosesə hazırlaşırlar. Mən də müşahidəçi olaraq iştirak edirəm. Proqramın DEMO versiyası dünəndən dayandırılıb. Hazırda 1159 nəfər sistemə daxil olub satışın başlamasını gözləyir.
İndiyədək güzəştli mənzil almaq hüququ olan cəmi 11.518 nəfər MİDA sistemində qeydiyyatdan keçib. Bu dəfə də canlı yayım təşkil olunmayıb”, – ekspert bildirib.
O.Gündüzün sözlərinə görə, növbəti 600 mənzilin onlayn satışının canlı yayımlanacağı deyilir:
“Onlayn satış prosesinin uğurlu çalışması üçün qərargah yaradılıb.
Orada Xüsusi Dövlət Mühafizə Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ASAN eGov, Azİntelekom, Delta, RİSK, Azercell, Bakcell, Nar, BestSolution, ASAN İmza kimi qurumların nümayəndələri də iştirak edəcək”.
O.Gündüz qeyd edib ki, MİDA-nın budəfəki onlayn satışında ilk mənzilin seçimi təxminən 5 saniyə çəkib:

“Təxminən 30 saniyəyə 253 mənzilin seçimi başa çatdı”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib