Azərbaycan İdeyası

Unibank Paralimpiyanın ən yaxın dəstəkçilərindən biridir - Müsahibə

Tarix:9-08-2019, 14:47
Baxış Sayı:132



Unibank Paralimpiya komandasına tək maddi deyil, həm də mənəvi dəstək olur. Bankın bu addımı əslində cəmiyyətə nümunə olacaq bir davranışdır. Bu haqda Milli Paralimpiya Komitəsinin Baş katibi Kamal Məmmədov bildirib.

- Kamal müəllim, bu günlərdə paracüdo üzrə Azərbaycan milli komandası Avropa çempionatında uğurla çıxış etdi. Son illərdə idmanın digər növləri üzrə də paralimpiyaçılarımızın yüksək qələblərinin şahidi oluruq.

- Paracüdo millimiz bu günlərdə İtaliyadan möhtəşəm qələbə ilə geri dönüblər. Paracüdo idman növü üzrə Avropa çempionatında 18 Avropa ölkəsi iştirak edirdi. Milli komandamız fərdi yarışlarda 1-i qızıl olmaqla, 10 medal qazandı. Komanda yarışlarında yarımfinalda Rusiya komandası üzərində möhtəşəm qələbədən sonra, finalda Avropanın yığma komandasına 6:0 hesabı ilə qalib gəldilər və beləliklə Azərbaycan komandası Avropanın ən güclü paracüdo komandası adına layiq görüldü. Bu il lisenziya ili olduğundan, bütün komandalarımız üçün həyacanlı və gərgin bir ildir. Hədəf “Tokio 2020” Yay Paralimpiya oyunlarına daha çox lisenziya qazanmaqdır. Bəzi komandalarımız bu lisenziyanı artıq təmin ediblər. Bir neçə komandamız isə bu il və gələn ilin əvvəlində keçiriləcək beynəlxalq yarışlarda yüksək nəticə göstərərək, bu lisenziyanı təmin edə bilərlər. Güclü komandalarımız var və qələbələrinə inanırıq. Bütün yarışlar lisenziya qazanmağa hədəflənib.

- Bir sıra özəl şirkətlər də paralimpiya komandalarına yaxından dəstək göstərir. Bu dəstək komandaların uğurlarına necə təsir edir?

Azərbaycanda Paralimpiya hərəkatının inkişafı hər zaman dövlətin diqqətində olub və biz bu xüsusi qayğını davamlı hiss etmişik. Ümumilikdə isə paralimpiya hərəkatına dəstək olan tərəfdaşlarımız çoxdur. Amma bir paralimpiya komandasına davamlı və uzunmüddətli dəstək verən tərəfdaş Unibank olub. 2018-ci ilin martında Paralimpiya Komitəsi ilə Unibank arasında 3 illik əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, Unibank 2020-ci ilədək- yəni 3 il ərzində Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olaraq, komandanın inkişafına da dəstək verir. Biz bunu çox yüksək qiymətləndiririk. Burda dəstək tək maddi köməkdən getmir, həm də mənəvi dəstəkdən gedir. “Unibank”ın komandaya dəstəyi təkcə yarışlarda iştirakı təmin etməklə bitmir. Unibank ailəsi bayramlarda da güllə atıcılarının yanındadır. Komanda üzvlərinin evlərinə qədər gedib, onlara baş çəkirlər. Hətta komanda yarışlardan qələbə ilə qayıtmayanda belə, Unibank əməkdaşları onları əsl qaliblər kimi böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Bu, komanda üçün çox böyük motivasiyadır. Onlara doğma münasibət bəsləmək, bir ailənin üzvləri kimi yanaşmaq, bank komandasından biri kimi yanaşmaq gözəldir. Komandaya inanmaq, hər bir üzvünə doğma insanı kimi yanaşmaq- bu maddi köməkdən qat-qat vacib olan bir dəstəkdir. Tam səmimiyyətimlə deyirəm ki bu doğmalıq komandaya daha böyük ruh verir. Onları qələbələrə daha da ruhlandırır. “Unibank”ın bu addımı əslində cəmiyyətə nümunə olacaq bir davranışdır. Çünki indi dəstək deyəndə cəmiyyətdə daha çox maddi kömək başa düşülür. Amma insanlara maddidən çox mənəvi dəstək olmaq lazımdır ki, Unibank komandası da bunu çox gözəl bacarır.

Bu dəstək komandanın uğurlarına necə təsir göstərir? Mən bir hadisəni danışmaq istəyirəm. Güllə atıcıları komandası Cənubi Koreyadan qayıdırdılar. Yarışlarda yaxşı nəticələr göstərsələr də, sonda medal qazana bilməmişdilər. Amma Unibank əməkdaşları onları əsl qaliblər kimi qarşıladı. Səhəri gün komanda üzvlərindən biri mənə zəng edib belə dedi: “bank əməkdaşları bizi elə yüksək səviyyədə qarşılayanda o qədər təsirləndim, gözəl hisslər yaşadım ki, özümü yarışda medal qazanmış idmançı kimi hiss elədim”. Bu doğrudan çox gözəl bir ənənədir.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının idman uğuruna gəlincə, qarşıda bizi iki beynəlxalq yarış gözləyir. İnanıram ki, bu beynəlxalq yarışlarda komanda Tokio -2020-də iştirak üçün lisenziya qazanacaq. Çünki komandanın buna potensialı var.

- Unibankın komandaya davamlı dəstəyi komandanın fəaliyyətində nəyi dəyişdi?

- Güllə atıcılığı komandamız əvvəllər də beynəlxalq olimpiadalara qatılıblar. Amma əvvəllər yarışlarda, təlim- məşq toplantılarında “Unibank”ın dəstəyi dövründə olduğu qədər çox iştirak etməyiblər. Təmin olunmuş davamlı məşqlər, müxtəlif çempionatlarda iştirak, idmançı üçün əlavə təcrübədir, təkmilləşmədir. Unibank onlara bu imkanı yaratdı. Komandanın əksər xərclərinin Unibank tərəfindən qarşılanması, Paralimpiya Komitəsinə də imkan yaratdı ki, komandanı yarış ləvazimatları ilə məhdudiyyətsiz təmin etsin. Uzunmüddətli əməkdaşlığın üstünlüyü odur ki, komanda qarşıdakı 1-2-3 il üçün planlarını, proqramlarını çox rahatlıqla planlaşdıra, inkişafını, hədəflərini nəzərdə tuta bilir. İnkişaf üçün mütləq uzunmüddətli əməkdaşlıq, uzunmüddətli təminat lazımdır ki, Unibank da bizə bu imkanı yaratdı. Uzunmüddətli əməkdaşlıq artıq bank əməkdaşları ilə paralimpiyaçılar arsında ailəvi dostluğa çevrilib.

Komandanın hədəfi 2020-ci il Tokioda Paralimpiya çempionatında iştirak etməkdir. İnanıram ki, komandamız Tokioya lisenziyanı bu yaxınlarda Avstraliyada keçirilən çempionatda əldə edəcək. Necə deyərlər, hədəf Tokio 2020-dir!

- Ümumiyyətlə ölkəmizdə fəaliyyət göstərən şirkətlərin KSM fəaliyyətini necə qiymətləndirirsiniz?

- Elə “Unibank”ın nümunəsində biz deyə bilərik ki, ölkəmizdə şirkətlərin uğurlu korporativ sosial məsuliyyət layihələri mövcuddur. Ümumilikdə şirkətlərin bu sahədəki fəaliyyətinə gəlincə, təbii ki qaneedici deyil, daha yaxşı ola bilər. “Unibank”la əməkdaşlığımız, bankın bu layihə ilə yaratdığı fərqli KSM nümunəsi bizə gözəl bir ideya verdi. Biz noyabrda “Yenilməzlər” adlı bir forum keçirməyi düşünürük. Bu forumda Paralimpiya Komitəsi ilə Unibank arasındakı əməkdaşlığı nümunə göstərərək, ölkədəki sahibkarlara, şirkətlərə bir mesaj verməyi düşünürük. Uğurlu KSM layihələri həyata keçirmək, cəmiyyətə faydalaı olmaq istəyirlərsə, Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edə bilərlər. Çünki bu əməkdaşlıq şikətlərə sponsor, maliyyə dəstəkçisi obrazından çıxaraq, mənəvi dəstəkçi, cəmiyyətin dəyərlərinə daha çox fayda qatmaq, gözəl işlərə bir nümunə olmaq, bu sahədə gözəl ənənə yaratmaq imkanı verir.

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025