Azərbaycan İdeyası

Yerli biznesə "Unibank"dan daha bir dəstək

Tarix:5-11-2015, 12:58
Baxış Sayı:378

"Unibank" korporativ müştəriləri üçün daha bir imkan yaratdı. Beynəlxalq ticarətlə məşğul olmaq istəyən bank müştərilərinə dəstək məqsədi ilə "Unibank" dünyanın tanınmış banklarından olan “Credit Agricole”-la əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. “Credit Agricole” bankı tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. "Unibank" bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.
Qeyd edək ki, “Credit Agricole” – Fransanın geniş filial şəbəkəsi olan ən böyük banklarından biridir. Aktivlərinin böyüklüyü ilə seçilən bank qrupu yalnız Fransada deyil, bütün dünya üzrə nəhənglərdən hesab edilir.
Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

"Unibank" - Biznesinizə daimi dəstək!

"Unibank" - hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı