Azərbaycan İdeyası

Ən çox satılan telefon markaları — SİYAHI

Tarix:18-09-2019, 09:36
Baxış Sayı:123



Texnologiyanın inkişaf etdiyi dönəmdə insanlar tərəfindən ən çox rəğbət görən elektron avadanlıq telefonlar hesab olunur. Bu gün ağıllı telefon istifadəçisi olmayan çox az insan var. Bəs telefonlar bazara çıxarıldıqlar gündən bu günə kimi nə qədər satılıb? İnsanlar tərəfindən ən çox alınana modellər hansı firmanın məhsullarıdır?
“Ölkə.Az” bizimyol.info-ya istinadən xəbər verir ki, telefon bazarında ən çox rəğbət görmüş telefonlar heç də hamımızın tanıdığı İphone, Samsung Galaxy, Note modelləri deyil.
“Ən çox satılan telefonlar” siyahısına liderlik edən firma “Nokia”dır. 1999-cu ildən etibarən firmanın məhsulları satış bazarında rekord nəticə göstərib. 1999-cu ildə satışa buraxılan Nokia 3210 modeli bu günümüzə qədər 160 milyon ədəddən çox satılıb. Firmanın digər məhuslları olan “Nokia 3100” (2003) 50 milyon, “Nokia 2600” (2003) 135 milyon, “Nokia 5130” (2007) 65 milyon, “Nokia 6010” (2006) 75 milyon, “Nokia 1208” (2006) 100 milyon, “Nokia 1600” (2006) 130 milyondan çox satılıb. Firma rekord nəticəsinə 2005-ci ildə təqdim etdiyi “Nokia 1110”la sahib oldu. Belə ki, “Nokia 1110” 9 il ərzində 250 milyondan çox satılıb.
"Motorola" firması məhsulu olan StarTac-ı 1996-cı ildə telefon bazarına çıxarıb. Telefon bazarında rəqabətin az olduğu dövrdə Startac 60 milyon ədəddən çox satılıb. Firmanın bir digər modeli olan Motorola RAZR V3 isə günümüzə qədər130 milyondan çox satılıb.
2009-cu ildən başlayaraq “Apple” firması öz “İphone” modellərini bazara çıxarıb. İlk təqdim olunan İphone 3G 5 il ərzində 35 milyondan çox satılıb. “Samsung” firmaslnın məhsulları olan galaxy S2 və S3, 2012-ci ildə təqdim edilməsinə baxmayaraq 40 milyon ədəddən çox satılıb. Galaxy S4 isə 2014-ci ildə təqdim edilib. O da digər modellər kimi 40 milyondan çox satılıb. 2011-ci ildə satışa çıxarılan “Apple” firmasının məhsulu “iPhone 4S” 60 milyon, 2012-ci ildə təqdim edilən “İphone 5S” isə 90 milyon ədəd satılıb.
Göründüyü kimi, telefon firmaları indiyə kimi “Nokia”nın rekordunu təzələyə bilməyib. Telefon bazarında hələ də 250 milyon ədəd satılan məhsul kimi “Nokia 1110” yerini qoruyub saxlayıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı