Azərbaycan İdeyası

Azərbaycanda narkotik satan müğənni saxlanıldı

Tarix:10-01-2020, 14:48
Baxış Sayı:231


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata görə, Yardımlı rayonu Məlikli kəndi ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş kənd sakini Zahir İbayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 500 qram narkotik vasitə olan heroin və 600 qram tiryək aşkar edilərk götürülüb. Z.İsayev ifadəsində narkotik vasitələri həmkədlisi Abbas Həşimovdan aldığını bildirib. Baş İdarə əməkdaşlarını tərəfindən həmin şəxs də qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma zamanı müəyyən edilib ki, A.Həşimov "Abbas Yardımlı” adı ilə yaşadığı rayon, ətraf bölgələr, həmçinin dəvət edildiyi İran ərazisində keçirilən toy məclislərində tez-tez müğənni kimi iştirak edir. O, hər dəfə İran ərazisində olduğu toylardan qayıdan zaman gizli yolla satmaq məqsədi özü ilə narkotik vasitələr gətirib. Sonuncu dəfə isə A.Həşimov şəxsiyyəti istintaqa məlum olmayan "Xudayar” adlı İran vətəndaşı ilə gizli yolla razılaşaraq ondan satmaq niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib. Daha sonra A.Həşimov narkotik vasitələri satmaq niyyəti ilə həmyerlisi Z.İbayevə verib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı