Azərbaycan İdeyası

Bakıda törədilən qətlin detalları məlum oldu – Həyat yoldaşı masaj salonunun qurbanı olub

Tarix:30-08-2017, 15:47
Baxış Sayı:341

  Bakıda törədilən qətlin detalları məlum oldu – Həyat yoldaşı masaj salonunun qurbanı olub


lBakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub.
B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib. Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub. Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb. İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb. B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı