Azərbaycan İdeyası

Həyətindən çətənə, evindən qələm tapança çıxdı

Tarix:24-07-2018, 13:42
Baxış Sayı:304


 Həyətindən çətənə, evindən qələm tapança çıxdı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
Moderator.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb.
Bundan başqa, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağköynək kənd sakini Elvin Qocayevdən 305 qram marixuana götürülüb.
Həmçinin Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qırlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı