Azərbaycan İdeyası

Balakəndə 20 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

Tarix:3-09-2018, 16:08
Baxış Sayı:390

 Balakəndə 20 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

Avqustun 30-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus evdən 29 ədəd müxtəlif qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı mənzildən ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Qızıl-zinət əşyalarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək gizli yolla talayıb, oğurlayan şəxslərin Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov olduğu müəyyən edilib, oğurladıqları qızıl-zinət əşyaları da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı