Azərbaycan İdeyası

Korrupsiya idarəsi keçmiş deputatla bağlı hərəkətə keçdi - GƏLİŞMƏ

Tarix:26-08-2020, 15:34
Baxış Sayı:692



Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı davam edir.

Yenisabah.az xəbər verir ki, dünən bu məsələ ilə bağlı Rafael Cəbrayılovun apellyasiya şikayətinə baxılıb. Lakin məhkəmə keçmiş deputatın şikayətini təmin etməyib.
Rafael Cəbrayılovun borclu olduğu Təranə Fətəliyevanın bldirdiyinə görə, keçmiş deputat hər vəchlə borcunu ödəməkdən yayınmağa çalışır. "Abşeron Rayon Məhkəməsi mənim iddiamı təmin etmişdi. Amma Rafael Cəbrayılov apellyasiya şikayəti verdi. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədi. Buna baxmayaraq, Rafael Cəbrayılov borcunu ödəməyəcəyinə eyham edir", -deyə Təranə Fətəliyeva bildirib.
Əldə etdiyimiz başqa bir məlumata görə, artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bu işlə maraqlanır. Rafael Cəbrayılovun borclu olduğu şəxslər quruma dəvət edilib və onlardan baş verənlər barədə izahat alınıb. Həmçinin, məlum olur ki, Rafael Cəbrayılov 13 nəfərə ümumilikdə 1 milyondan artıq pul borcludur.
Məlumatda qeyd olunur ki, məhkəmə çəkişməsini uduzmasına, barəsində prokuroluğa şikayət edilməsinə baxmayaraq, Rafael Cəbrayılov özünü arxayın aparır. Hətta şikayətçilərə bildirir ki, heç bir şeydən çəkinmir. İddia olunur ki, keçmiş deputat arxayınlığını onlara hakimiyyətdə ciddi dayaqları olması ilə izah edib.
Bu baxımdan şikayətçilər yaxın vaxtlarda mətbuat konfransı keçirmək və Prezident İlham Əliyevə müraciət etmək niyyətindədirlər.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib