Azərbaycan İdeyası

Bayıldakı evlərdə çatlar daha da dərinləşdi- Video

Tarix:5-02-2015, 15:59
Baxış Sayı:0

Son günlər Bakı və Abşeron yarımadasında yağan yağışla əlaqədar Bayıl qəsəbəsində sürüşmə sahələri aktivləşib. Ərazidə yerləşən evlərdə iri çatlar əmələ gəlib.


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, sürüşməyə meyilli olan Badamdar yaylasında təhlükə hələ də qalmaqdadır. Buxta küçəsi, 212 ünvanında yerləşən 6 məcburi köçkün ailəsinin yaşadığı binada isə vəziyyət daha da acınacaqlıdır.

Sonuncu dəfə qarın yağmasından sonra ərazidə mənzillərin arxasında yerləşən divar bir qədər də sürüşüb. Nəticədə mənzildə yaşayan sakinlər hər an ölüm təhlükəsi ilə üz-üzə qalıblar. Evlərdə çatlar daha da dərinləşib. Yağış-qar yağanda isə vəziyyət daha da acınacaqlı olur. Çatlardan su evlərin içərisinə axır. Sakinlər artıq ərazidə qalmağın onlar üçün əsl təhlükə olduğunu bildirirlər. Deyirlər ki, əgər bir də yağış yağsa, o zaman divarlar uçulub evlərin üstünə töküləcək. Amma ərazi qəzalı olsa da, hələ ki, 6 məcburi köçkün ailəsi köçürülməyib.

Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ailələrin təcili köçürülməsilə bağlı artıq Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət olunub. Hazırda bununla bağlı iş aparılır. Yəqin ki, yaxın vaxtlarda ailələr yeni evlə təmin olunacaqlar.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı