Azərbaycan İdeyası

Əli Əhmədov dərmanların bahalaşmasından danışdı

Tarix:24-12-2015, 12:37
Baxış Sayı:428

Əli Əhmədov dərmanların bahalaşmasından danışdı



“Manatın məzənnəsinin enməsi ilə əlaqədar olaraq dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və bu məzənnəyə uyğunlaşdırılacaq”.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq:
“Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər”.
Ə. Əhmədov qeyd edib ki, bütün hallarda dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək: “Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq”.
O, qeyd edib ki, qaydalara görə, Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir: “Əlbəttə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər. Buna da nail olunub”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı