Azərbaycan İdeyası

Elşad Abdullayevlə bağlı qarmaqarışıq-QƏRARLAR-SABİQ REKTOR HARDA AXTARILIR?

Tarix:17-08-2022, 10:59
Baxış Sayı:162

Elşad Abdullayevlə bağlı qarmaqarışıq-QƏRARLAR-SABİQ REKTOR HARDA AXTARILIR?
Veteninfo.az artıq bir neçə dəfə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin sabiq rektoru Elşad Abdullayevlə bağlı araşdırma yazılar verməkdədir.Eyni zamanda Rusiya Federasiyasında yaşayan həmyerlimiz Fuad Rzayevin sabiq rektorla bağlı şikayətlərini yayımlayaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına çatdırmaqdadır. Qeyd edək ki, ABU-nin sabiq rektoru Elşad Abdullayev Elşad Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilərək barəsində cinayyət işi açılsa da,o ölkədən qaçaraq hazırda Fransa respublikasında yaşamaqdadır. Elşad Abdullayev ökədən qaçdıqdan sonra,yuxarıda göstərilən maddələrlə onun haqqında 20 avqust 2013-cü ildə beynəlxalq axtarış verilməsinə baxmayaraq sabiq rektor davamlı olaraq bəyan edirk ki.o İnterpol vasitəsi ilə axatarışda deyil,eyni zamanda Azərbaycan Respublikası daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi 19.03-2021-ci il tarixdə 19241R-4221 nömrəli Fuad Rzayevə göndərdiyi cavab məktubunda bəyan edirk ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı –İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu əsas gətirilərək təşkilatın baş katibliyi tərəfindən Elşad Abdullayevin beynəlxalq axtarışı 2020-ci ildə dayandırılmışdır.Eyni zamanda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Konssulluq şöbəsindən F.Rzayevə T.Sadıqovun imzası ilə göndərilən məktubda qeyd edilir ki, Elşad Abdullayev beynəlxalq axtarışda yalnız MDB məkanında,yəni müstəqil Dövlətlər Birliyi ərazisində axtarışdadır.Amma Elşad Abdullayev isə bəyan edir ki,o bu illər ərzində bir neçə dəfə Rusiya Federasiyasında olub bə ona güldənağır söz deyən olmayıb Veteninfo.az İnformasiya Agentliyi olaraq Elşad Abdullayevin doğurdan da beynəlxalq axtarıda olub olmadığını öyrənmək üçün rəsmi şəkildə Azərbaycan Respublikası Baş Prokurorluğuna 15.03.2021-ci ildə sorğu göndərdik. Sorğuda rica etdik ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Elşad Abdullayevlə bağlı yaranmış bu qarmaqarışıq vəziyyətlə bağlı sorğumuzu cavablandırsın.Redaksiyamızın sorğu məktubuna Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri,kiçik ədliyyə müşaviri Günay Səlimzadənin imzası ilə daxil olan cavabda bildirilir ki, Azərbaycan Beynəlxalq Univeristetin sabiq rektoru Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilən elşad Abdullayev barəsində 20 avqust 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilmişdir. Maraqlıdır, Azərbaycan Respublikası daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi 19.03-2021-ci il tarixdə 19241R-4221 nömrəli Fuad Rzayevə göndərdiyi cavab məktubunda bəyan edirk ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı –İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu əsas gətirilərək təşkilatın baş katibliyi tərəfindən Elşad Abdullayevin beynəlxalq axtarışı 2020-ci ildə dayandırılmışdır. Əgər doğurdan da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilən elşad Abdullayev barəsində 20 avqust 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilibsə, İnterpol necə və hansı əsasla Elşad Abdullayevin beynəlxalq axtarışını dayandırıb? Digər bir tərəfdən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Konssulluq şöbəsindən F.Rzayevə T.Sadıqovun imzası ilə göndərilən məktubda yazılanları hansı məntiqlə izah edilə bilər. Görünür Azərbaycan dövləti rəsmi qaydada bir şəxs haqqında bir neçə maddə ilə cinayət işi başlanılmasını həyata keçirir,eyni zamanda da bu şəxs barəsində beynəlxalq axtarış elan edilir,amma İnterpol-un katibliyi Azərbaycan dövlətinin almış olduğu qərarı görməzdən gələrək həyata keçirməkdən imtina edir.Belə olduqda da cinayətkar əlini-qolunu sallayaraq bütün dünyanı rahat şəkildə gəzə bildiyi kimi,eyni zamanda Azərbaycan dövlətinə qarşı,dövlətin rəhbərliyinə qarşı istənilən şəkildə qaralama kompaniyası apara Azərbaycanda minlərlə ailəyə qarşı dələduzluq etdikdən sonra Fransaya qaçan ABU-nun keçmiş və dələduz rektoru Elşad Abdullayev etdiyi cinayyətlərdən cəzasız qaldıgından arxayınlaşan və özünün çirkin məqsədlərə xidmət edən avropaninsesi.com “saytında” tanınmış şəxsləri təhqir edib haqlarında böhtan, təhqir xarakterli məqalələr yerləşdirib. Bununla baglı həmin şəxslər tərəfindən Fransa Prokurorluguna və Miqrasiya iidarəsinə dələduz Elşad Abdullayevlə baglı şikayət ediləcək. Elşad Abdullayev bu dəfə tutdugu qanunsuz cinayət əməllərinə görə mütləq cəzasına çatdırılacaq".



OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA