Azərbaycan İdeyası

Fuad Rzayev Mehriban xanım Əliyevaya müraciət etdi !

Tarix:17-08-2022, 10:52
Baxış Sayı:152

Fuad Rzayev Mehriban xanım Əliyevaya müraciət etdi !
Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya
Rzayev Fuad Furudun oğlu tərəfindən
Təşəkkür məktubu
Mən Rusuya Federasiyasında yaşayan bir azərbaycanlı olaraq, kütləvi informasiya vasitələrindən və bir çox mənbələrindən Rusiya ilə Azərbaycan arasında həm humanitar, həm siyasi əməkdaşlıqda, həm də millətlərarası məsələdə balansın qorunması sahəsində Sizin gərgin fəaliyyətinizi eşidirəm və görürəm.Elə bu görülən işlərin və münasibətlərin vermiş olduğu töhfədir ki, Sizi Rusiya Federasiyasının Prezidenti, Dostluq ordeni ilə təltif etmişdir. Mənim və Azərbaycan xalqının bəxti gətirib ki, Sovet İttifaqı dağılandan sonra Heydər əliyev, İlham əliyev və sizin şəxsində müstəqil dövlətimizin əsl inkişafına nail ola bildi. Hörmətli Mehriban xanım! Mən, Fuad Furudun oğlu Rzayev Rusiya Federasiyası vətəndaşıyam. Hər zaman Azərbaycan xalqının layiqli imicinin qorumaq üçün çalışmışam. Amma bir neçə ildir fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin rektoru Abdullayev Elşad İslam oğlu tərəfindən şantaj və təhdid olunmaqdayam.Bu da azmış kimi həyatıma qarşı terror edəcəyi ilə hədə və qorxu gəlməkdədir. Qeyd edim ki,Elşad Abdullayev hazırda Azərbaycan Respublikasının ərazisində törədilmiş bir sıra cinayətlər üzrə beynəlxalq axtarışdadır. Hazırda Abdullayev Elşad İslam oğlu Prezident İlham əliyevin ailəsini bütün sosial şəbəkələrdə ictimai formada şərəf və ləyaqətini təhqir etmək üçün bir sıra blogerləri (jurnalistləri) Azərbaycandan kənara maliyyələşdirməkdə davam edir. Mən bu məsələ ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişəm. Təəssüf ki, indiyə qədər cavab almamışam. Azərbaycan DİN-in Baş Cinayət-Axtarış İdarəsi Arzu Daşdəmirova verilən cavabdan sitat gətirirəm: 23.01.2020-ci il İnterpolun Baş Katibliyinin qərarı ilə təşkilatın 2-ci (1-ci maddələr), 3-cü Nizamnaməsi əsasında Abdullayev Elşad beynəlxalq axtarışına xitam verilmişdir. Qeyd olunanları, bu məktubun dördüncü abzasını nəzərə alaraq sizdən xahiş edirəm ki, cinayətkar Abdullayev Elşad İslam oğlu barəsində müvafiq tədbirlər görəsiniz, Bildirim ki, Elşad Abdullayev hazırda Fransada yaşayır və ədalət mühakiməsindən gizlənməkdədir. Sizdən Bütün Dünya Azərbaycanlıların xanım lideri olaraq xahiş edirəm ki, Elşad Abdullayevin İnterpol vasitəsi ilə axtarışının dayanırlmasının niyə və hansı səbəbdədən baş verdiyini araşdırılmasına göstəriş verəsiniz.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı