Redaksiyamızın elektron poçtuna daxil olmuş çoxsaylı ərizələr, şikayətlər və fotolara baxanda bir anlıq ürək ağrısı keçirməmək mümükün olmur. Rəsmi sənədləri nəzərdən keçirəndə aydın olur ki, vaxtilə fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev qatı cinayətlərlə tək Azərbaycanda deyil, məhz elə Moskvada da məşğul olub. Ona havadarlıq edənlər isə nə erməni, nə rus deyil, ölkəmizi talayanlardan olub.
Azərbaycanın imicinə xələl gətirmək arzusu ilə bu gün qaçıb Fransada erməni lobbilərinin mundirlərində gizlənən Elşad Abdullayev şükürlər olsun ki, miqrant kimi ayağına yer edə bilmir. Təəssüf hissi ilə onu da demək yerinə düşərdi ki, Elşad Abdullayev törətdiyi əməllərinə görə İNTERPOL tərəfindən axtarışa verilsə də, deyərdik ki, yenə onun havadarları sayəsində həmin axtarışın dayandırılmasına xitam verilmişdir. Bəli, bunu nə ilə izah etmək mümkündür? Kimin dəyirmanına su töküldüyü aydın surətdə büruzə verilir. Lakin, bir xalq olaraq onun kimi Vətən xaininin tezliklə tapılaraq Azərbaycana gətirilib layiqli cəzasının verilməsi tələbi gündəmdən kənarda qalmamalıdır.
Elşad Abdullayev Moskva vilayətində sabiq universitetin Moskva filialını da 15 sot torpaq sahəsi üzərində yarada bilmişdir. Sənədlər göstərir ki, ABU-nun Moskva filialı 2007-ci ildən 2010-cu ilə qədər sabiq təhsil naziri Misir Mərdanovun rəsmi məktubu əsasında yaradılıb, eyni zamanda Elşad Abdullayevin adına sənədləşdirilib. Filialın yaradılması 10 milyon dollara başa gəlib. Təbii ki, həmin vəsait təhsil nazirliyindən deyil, Elşad Abdullayevin çirkin vəsaitindən ayrılıb. Yəni həmin milyonlar bu günahsız Azərbaycan xalqının pullarıdır. Bəs indi vəziyyət hansı durumdadır?
Nədir redaksiyamıza daxil olan ərizə və şikayətlərdə qaldırılan tələblər?
Azərbaycanı övladı, 1-ci Qarabağ müharibəsi illərində varını ordudan əsirgəməyən, hədsiz köməkliklər göstərən, hazırda Moskvada yaşayan, tanınmış iş adamı Fuad Firuddin oğlu Rzayev aşkaranə həyəcan təbili çalaraq bildirir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının binasının hazırda 60 milyon dollara yaxın qiyməti vardır. Bina, haqqında qatı cinayət əməlləri olan, Fransaya qaçmış Elşad Abdullayevin adına olduğu üçün, onun oraya qaçdığından istifadə edən aidiyyəti orqanlar binanın qanunsuz tikintisini əsaslandıraraq sökülməsini qərara alıblar. Bunun üçün Moskva vilayətinin Baş İdarəsi tərəfindən Odintsovo şəhərinin administrasiyasına müraciət olunub. Həmin şəhərin administrasiyası da məhkəməyə müraciət edib. ABU-nun Moskava filialının sökülməsi tələb olunub. Nəticədə, Rusiyada və Azərbaycanda ABU-dan əziyyət çəkən tanınmışların məsələ ilə bağlı Valdimir Putinə müraciətlərindən sonra, ABU-nun Moskva filialı ilə əlaqədar Saratov Mülki və İnzibati İşlər Üzrə Məhkəməsinin Kassasiya instansiyasında baxılmasına qərar verilib. Artıq məhkəmədə bütün sənədlərə Mülki və İnzibati İşlər üzrə məhkəmənin Kassasiya instansiyasında baxılacaqdır. Məhkəmənin dəqiq vaxtı isə hələ müəyyənləşməyib.
Qəraın sonunun gözlənilməsinə heç də düşünülmüş ideya kimi baxmaq məntiqə sığmayan məsələdir. Azərbaycan dövləti oğurlanmış milyonların hesabına tikilən binasına və binanın ərazisindəki tələbə yataqxanasına sahib çıxmalıdı. Bu, Vətən xaini kimi hesaba alınan Elşad Abdullayevin oğurladığı milyonların bir hissəsinin ölkəyə qaytarılması üçün ələ düşən yeganə şansdır. Necə deyərlər, yatmaq vaxtı deyil. Azərbaycan hökuməti fikirləşmədən işin icrası üşün var qüvvəsi ilə çalışmalı, aidiyyəti orqanlarla vaxt keçirmədən əlaqə yaratmalıdır.
Bu vacib məsələni gündəmdə saxlayan, ictimailəşdirən, əsl Vətən oğlu, tanınmış iş adamı Fuad Rzayevə də millətimiz adından təşəkkürlər edilməlidi ki, məsələnin müsbət həllinin Azərbaycanın xeyrinə yönəldilməsində böyük addımlar atır.
Söz artıq başda cənab Prezidentimiz olmaqla Azərbaycan dövlətinin, hökümətin və Azərbaycan ictimaiyyətinindir.
Məsələ həllini tapana kimi diqqətimizdə olacaqdır.