Azərbaycan İdeyası

Fransada müxalifətçilik oynayan Elşad Abdullayevin İNTERPOL vasitəsi ilə axtarışı bərpa edilməlidir - TƏHLİL

Tarix:17-08-2022, 11:15
Baxış Sayı:346

Fransada müxalifətçilik oynayan Elşad Abdullayevin İNTERPOL vasitəsi ilə axtarışı bərpa edilməlidir - TƏHLİL
Bir neçə maddə ilə axtarışda olan cinayətkar Elşad Abdullayevin tutularaq Azərbaycana gətirilməsi prosesi çox uzanır. "Unudulmuş" cinayətkarın məsuliyyətə cəlb olunması yolunda daha sərt addımlar atılmalıdır. AZİNFORM.AZ xəbər verir ki, prokurorluğun 2013-cü ildə yaydığı məlumata görə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinin donorlardan qanunsuz olaraq böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktı təsdiqini tapıb. Belə ki, ABU-nun tabeçiliyində olan Tibb Mərkəzinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmasa da, ABU-nun rektoru Elşad Abdullayev, mərkəzin baş həkimi Dilarə İsmayılovaya qanunsuz göstəriş verərək donorlardan böyrəklər götürülüb İsrail, Fransa, ABŞ vətəndaşlarına köçürülməsi ilə bağlı 13 cərrahiyə əməliyyatının keçirilməsinə şərait yaradıb. Elşad Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında təqsirli bilinərək Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Xatırladaq ki, İnsan orqanlarının qanunsuz transplantasiyası, elə insan alveri deməkdir. Bu maddə ilə ittiham edilən şəxs kim olursa-olsun, təsdiqlənəcəyi halda hamı tərəfindən arzuedilməz şəxs olur. Bütün dünya ölkələrində insan alverinə münasibət olduqca kəskindir. Sivil dünyada insan alveri və qanunsuz orqan köçürmələri ağır cinayətlərdən sayılır. Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Bildiyimiz kimi İnterpol – Beynəlxalq Cinayət Polisi İdarəsinin daimi iqamətgahı Fransanın Lyon şəhərində yerləşir. Və müvəqqəti yaşamaq icazəsi olan sabiq rektor İnterpol axtarışında olsa da, Fransada heç bir məsuliyyətə cəlb oluna bilmədi. Əldə etdiyimiz məktublara əsasən onun axtarışı sonradan MDB ölkələrinə verilib. Fransada mühacirətdə olan birini MDB ölkələrində axtarmaq nə dərəcədə doğru olduğu hadisələrin gedişatından görülür. Fransada müxalifətçilik oynayan cinayətkar Elşad Abdullayev "günahsız" insan kimi sosial şəbəkə və satılmış mətbuat vasitəsilə Azərbaycan hökümətini və dövlətini şərləyən çıxışlar edir. Elşad Abdullayev ölkənin və dövlətimizin mənafeyinə zidd olan bu kimi çıxışları ilə hələ də azadlıqda olmasına artıq son qoyulmalıdır.

OXŞAR XƏBƏRLƏR
Nona 21 avqust 2022 04:34
  Жалоба     
This design is steller! You certainly know how to
keep a reader amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost...HaHa!) Wonderful job.
I really loved what you had to say, and more than that, how you presented it.

Too cool!

my homepage; Спим и худеем бесплатная психологическая игра
Opal 26 sentyabr 2023 15:08
  Жалоба     
I think the admin of this website is truly working hard in support of his web page,
because here every material is quality based information.

Here is my homepage; мобилизация киев
Ted 3 oktyabr 2023 08:27
  Жалоба     
Pretty! This has been a really wonderful article.

Thank you for supplying these details.

My homepage ... fashion wala video
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı