Azərbaycan İdeyası

ABU-nun Moskva filalı ilə bağlı müdhiş İDDİA

Tarix:17-08-2022, 11:16
Baxış Sayı:137

ABU-nun Moskva filalı ilə bağlı müdhiş İDDİA
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev Universitetin Moskva filialını satmağa cəhd edib. Yenicag.az-ın əldə etdiyi məlumata görə, hazırda Fransada yaşayan Elşad Abdullayev yaxın vaxtlarda ABU-nun Moskva filialını satmaq üçün uyğun müştəri də tapıb. Lakin bundan xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra onun bu niyyəti baş tutmayıb. Qeyd olunur ki, fəaliyyəti dayandırılmış ABU-nun Moskva filialının yerləşdiyi ərazinin ümumi sahəsi bir hektardan çoxdur, tədris korpusunun sahəsi isə 15 sotdur. Bundan əlavə, ABU-nun Moskva filialının yaxınlığında yataqxana da mövcutdur. Sözügedən filial 2007-ci ildən 2010-cu ilə qədər kaçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi Elşad Abdullayevin adına rəsmiləşdirilib. Daxil olan məlumata əsasən, ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. O baxəımdan, Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. Məsələdən belə aydın olur ki, Elşad Abdullayev bu işi sabiq təhsil naziri Misir Mərdanovla əlbir görüb. ABU-nun Moskva filialı ilə bağlı qaranlıq məqamları araşdıran iş adamı Fuad Rzayev Yenicag.az-a geniş açıqlamasında bildirib ki, bu barədə Təhsil Nazirliyinə müraciət edəndə, oradan “keçmiş nazirin zamanında baş verib, bu məsələyə biz qarışa bilmərik” cavabını alıb. Fuad Rzayevin sözlərinə görə, ABU-nun Moskva filialının satışa çıxarılacağını eşidəndə, Rusiyanın rəsmi orqanlarına məktub ünvanlayıblar. Cavabında isə xəbərdarlıq edilib ki, Azərbaycan dövləti ya gəlib filiala sahib çıxsın, ya da bina söküləcək. Fransada yaşayan və haqqında “Interpol”un “qırmızı bülleten”ində axşatırışda olduğu deyilən Elşad Abdullayev özü bir neçə dəfə sosial şəbəkədə bildirib ki, Franada, “Interpol”un ofisinin yaxınlığında yaşayır və həmin qurumun nümayəndələri ilə görüşür də. Əldə olunan məlumata görə, xaricdən Azərbaycan hökumətinin əleyhinə söyüş kampaniyasını körükləyən məhz Elşad Abdullayev olub. O, xaricdə yaşayan azərbaycanlı bloqerləri də bu kampaniyaya cəlb edərək, pul qarşılığında istədiyi şəxsləri söydürüb. Lakin bir müddətdən sonra ya istəyinin baş tutması, yaxud da kampaniyanın nəticəsizliyi səbəbindən bloqerlərin pulunu kəsib. Nəticədə həmin bloqerlər artıq Elşad Abdullayevin özünü hədəf götürüblər. Xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Elşad Abdullayev barəsində Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 137.3-cü maddəsi cinayət işi açılıb. Buna baxmayaraq, o, müəmmalı şəkildə ölkəni tərk edə bilib. 14 ildir, barəsində cinayət işi açılan şəxsin hələ də ölkəyə gətirilməməsi isə ciddi sual doğurur. İş adamı Fuad Rzayev bildirib ki, Elşad Abdullayev mütləq Azərbaycana gətirilməlidir: “Elşad Abdullayevin əməlləri göz önündədir. Hər kəs onun nələr etdiyini yaxşı bilir. Bu qədər cinayət törətmiş şəxs barəsində ciddi addım atılmayanda, o, bundan daha ürəklənərək, xaricdən Azərbaycan əleyhinə istədiyi kimi çıxışlar edir, müxtəlif bəyanatlar verir. Elşad Abdullayev dövlətin də, ABU-da təhsil alan tələbələrin də pulunu mənimsəyib. Özünə və övladlarına varidat yığıb”. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü il iyunun 25-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində Elşad Abdullayevin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla yaxalanması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilən Elşad Abdullayevin yaşadığı yer bəlli olsa da, bu yöndə heç bir təsirli addım atılmır… Görəsən, niyə?



OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 11:38
  Жалоба     
bathroom remodelling Aurora Canada
https://pinterest.ca/homerenostoronto

home remodeling services Aurora Canada
in your home Etobicoke Canada
renovate my bathroom Richmond Hill Canada

construction renovation Toronto Canada

new bathroom Richmond Hill Canada
home remodeling services Oakville Canada
residential home renovations Markham Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>kitchen remodeling in Scarborough Canada</a>

property in need of renovation Oakville Canada
my kitchen remodel North York Canada
renovation interior design Brampton Canada


#eZ5OKAYrV5acqAeL7
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan  Azer Aga oglu Agayev terefinden 00994775003111   Ərizə
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ALLAH RƏHMƏT ELƏSİN!
ALLAH RƏHMƏT ELƏSİN!