Azərbaycan İdeyası

İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşü olub + FOTO

Tarix:14-12-2022, 15:04
Baxış Sayı:73

İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşü olub + FOTO
“Hörmətli qardaşım İlham Heydər oğlu, Sizi qonaqpərvər Türkmənistanda, xüsusən böyük Xəzərin sahilində salamlamağa çox şadam. Bu gün dost, qardaş ölkələr – Türkmənistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşü keçirilir. Hesab edirəm ki, bu Zirvə Görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq və səmərəsini verəcək.

Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. İlk dəfə keçirilən bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə dövlətlərimiz arasında ortaq cəhətlər çoxdur – dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər. Qardaşım İlham Heydər oğlu, mən ölkələrimiz arasında parlamentlərarası əlaqələri də qeyd etmək istəyirəm”.

Prezident İlham Əliyev deyib:

“Sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç. Yenidən Sizinlə görüşməyimə çox şadam. Mən artıq ikinci dəfədir ki, bu il qardaş Türkmənistana səfər edirəm və Sizinlə görüşmək hər zaman çox xoşdur. Biz Sizinlə uzun illər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atmışıq və bu gün iki qardaş ölkə öz əlaqələrini yeni səviyyəyə qaldırır. Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri özünü göstərir. Biz həm siyasi sahədə strateji tərəfdaşıq, həm iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atmışıq, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, nəqliyyat, tranzit sahəsində də böyük irəliləyiş var.

Əsas odur ki, xalqlarımız qardaş xalqlardır və bu gün müstəqil Türkmənistan və müstəqil Azərbaycan öz münasibətlərini bu qardaşlıq əsasında qurur. Bu, həm ölkələrimiz, eyni zamanda, bölgə üçün çox önəmlidir və bu gün üç qardaş ölkə Türkmənistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm ki, bu da əcdadlarımızın ruhunu şad edən bir hadisədir. Çünki bu, təbiidir, belə də olmalıdır, qardaş xalqlar bir yerdə olmalıdırlar.

Fürsətdən istifadə edərək burada gördüklərimlə bağlı fikrimi bölüşmək istərdim. Burada qurduğunuz çox gözəl şərait bizi sevindirir. Avaza doğrudan da beynəlxalq turizm mərkəzinə çevrilir, həm səliqə-sahman, həm gözəllik, həm də yaşıllıq. Xəzər dənizinin sahillərində belə möhtəşəm mərkəzin yaradılması şəxsən Sizin böyük nailiyyətinizdir. Bu münasibətlə Sizi və qardaş türkmən xalqını təbrik edirəm. Dəvətə görə bir daha təşəkkür edirəm”.

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.
İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşü olub + FOTO

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 09:20
  Жалоба     
house renos Mississauga Canada
https://pinterest.ca/homerenostoronto

renovate my kitchen Vaughan Canada
kitchen renewal Toronto Canada
kitchen renewal King City Canada

house reconstruction King City Canada

kitchen and remodeling Vaughan Canada
home building and renovating King City Canada
full bathroom renovation Ontario Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>kitchen home remodeling Mississauga Canada</a>

bath reno Scarborough Canada
old bathtub restoration Oakville Canada
renovate my home Brampton Canada


#eZ5OKAYrV5acqAeL7
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Birinci Vitse-Prezidentə müraciət
Birinci Vitse-Prezidentə müraciət