Azərbaycan İdeyası

Qəmlonun oğlu vəfat etdi 06.02.15 | 11:19 | Xəbər 1695 dəfə oxunub

Tarix:6-02-2015, 12:17
Baxış Sayı:0

İmişli rayonunun Göbəktala kəndində yaşayan müharibə və əmək veteranı İbrahim İsmayılov vəfat edib. Mərhum «Axırıncı aşırım» filmindən tanınan Qəmlonun (əsil adı Qəmbəralı olub) oğlu idi.


“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verur ki, İbrahim İsmayılov 1926-cı ildə ovaxtkı Ermənistan SSR-in Qarabağlar rayonunun Məngük kəndində doğulub. AzadlıqRadiosuna verdiyi müsahibədə o bildirmişdi ki, instituta daxil olmaq istəyərkən Qəmlonun oğlu olduğuna görə sənədləri qəbul edilməyib.

Atası ömrünün sonunadək Şura hökumətinə boyun əyməsə də, onu 1944-cü ildə həqiqi hərbi xidmətə çağırıblar. Berlinədək döyüş yolu keçən İbrahim İkinci Dünya müharibəsi qurtarandan sonra daha 2 il dağılmış şəhərlərin bərpasında iştirak edib.

1949-cu ildə Ermənistanda yaşayan minlərlə azərbaycanlı kimi, İbrahimin ailəsi də Azərbaycana deportasiya olunub. O, 30 il yanğından mühafizə idarəsində işləyib. 8 övladı olub, onlardan biri vəfat edib.

İbrahim İsmayılov İmişli rayonunun Göbəktala kəndindəki el qəbiristanlığında dəfn edilib. Qəmlonun həyat yoldaşı Teyfə, qızı Mafərə də burada uyuyur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı