Azərbaycan İdeyası

Hacı İbrahimlə nazirliyin məhkəmə davası

Tarix:12-10-2015, 14:17
Baxış Sayı:542


Hacı İbrahimlə nazirliyin məhkəmə davası

“Avesta” Konserni ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında məhkəmə çəkişməsi davam edir.

Korrupsiya və Qanun qəzeti “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. “Avesta” Konserninin sahibi İbrahim Nehrəmli “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O, vergi borcunun “Khazar İslands” layihəsi ilə bağlı olduğunu deyib: “Həmin layihə çərçivəsində biz 500 hektar su altında olan torpaqların 37 hektarını doldurmuşuq. Həmin 37 hektar torpaq artıq su altından çıxıb. İstifadəli sahə olduğu üçün buna vergi vermək qanunda göstərilib. Lakin su altında olan torpaqlara vergi düşmür. Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti su altında olan torpaqlara görə də bizdən vergi tutub. Biz də onları məhkəməyə vermişik. Burada sadəcə anlaşılmazlıq olub. Məhkəmə bunu həll edəcək. Dediyim kimi, vergi qanunvericiliyinə əsasən, su altında olan torpaqlara vergi tutulmur. Biz bunu əsas götürərək nazirliyin departamentini məhkəməyə vermişik. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti bizim şirkətdən 3 il ərzində 1 milyon 500 min manat pul tutub. Biz də onlara dedik ki, bu yalan olar, burada vergi məbləği 100 min manat olmalıdır. 1,4 milyon pul isə artıq ödəmədir. Həmin pulları başqa borclarımıza yönəldəcəyik”.

Xatırladaq ki, “Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyinin Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı