Azərbaycan İdeyası

Prezident: “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur

Tarix:13-10-2015, 11:50
Baxış Sayı:522

Hər bir dövlət qurumu nəticə çıxarmalıdır”.
“ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində “ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır.
"Korrupsiya və Qanun" qəzeti Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Prezident bəyan edib ki, “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur.
“Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir.
Bu il də biz “ASAN xidmət”ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə, burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz “ASAN xidmət”ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün başqa qurumlar da bu praktikanı tətbiq etməlidi

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir