Azərbaycan İdeyası

“ASAN Xidmət” Şəki və Oğuzda

Tarix:20-10-2013, 17:28
Baxış Sayı:0

“ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) verilən məlumata görə, sabahdan başlayaraq “ASAN xidmət”in səyyar avtobusları Şəki və Oğuz sakinlərinə xidmət göstərməyə başlayacaq.

19 oktyabr - 2 noyabr tarixlərində adıçəkilən rayonların ümumi sayı 215 mindən çox olan sakini “ASAN səyyar xidmət”dən yararlana biləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi

- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

- Əmək pensiyalarının təyin edilməsi

- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Qeyd edək ki, “ASAN səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı dövlət xidmətlərinin əhaliyə daha rahat, yeni və innovativ üsullarla çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsidir.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün “ASAN xidmət”in zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobusları səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.

İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
fdh 10 mart 2017 11:41
  Жалоба     
to further update the Longines watch design Jia haze series, not only launched the case size of larger size, but also provide more exquisite replica watches uk dial selection. However, Longines watch case series haze modeling still slim fashion, as replica rolex in the past. Similarly, there is rolex replica no change, as well as swiss replica watches the classic series of the charm of the charm of elegance.
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO