Azərbaycan İdeyası

“Yeni doğulan buzov üçün 100 manat verilir, uşaq üçün isə 75”

Tarix:13-10-2015, 17:33
Baxış Sayı:500

2016-cı ilin nə qədər çətin il olacağı barədə hər kəsdə daxili həyəcan var. Buna görə də büdcədən lazımsız xərclərin azaldılmasına çalışmalıyıq”.
"Karrupsiya və Hüqüq" qəzetinə istinadən “Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisin 2016-cı ilin dövlət büdcəsinə həsr edilən iclasında çıxışı zamanı səsləndirib.
Bunun üçün də millət vəkili ASAN Xidmət modelinin səlahiyyətlərini genişləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin insana olan müavinətin artırılmasına diqqət edilməli olduğunu nəzərə çatdırıb: “ Fermerlerə yeni doğulan buzov üçün 100 manat verilir, doğulan uşağa isə 75 manat verilir. Adi bir dərman pulunu hesablayın ki, bu qədər vəsait ona bəs edərmi? Biz müharibə aparan dövlətik. Əhalinin say artımını məsələsində həyəcan təbilini çalmalıyıq”.
F. Mustafa eyni zamanda Türkiyədə yaşayan 2500- dən çox azərbaycanlının təhsildən kənar qalması məsələsinə də diqqət yönəldilməli olduğunu diqqətə çatdırıb: “Orada yaşayan azərbaycanlılar təhsldən kənarda qalıb, iranlılar onları məscidə aparır, sonra isə Quma göndərilir, oradan isə Suriyaya aparılır. Bu da Azərbaycanın təhsili üçün yaxşı hal deyil. Bu gələcəkdə bizə problemlər gətirəcək”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı