Azərbaycan İdeyası

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

Tarix:13-05-2026, 10:00
Baxış Sayı:10


Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" sosial media hesabında bildirilib.

Telefon danışığı zamanı liderlər Azərbaycanla Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər.


Baş nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasının əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyinin irəli aparılmasında ev sahibi kimi rolunu vurğulayıb.

Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və tədbirin şəhərsalma gündəliyi üçün aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini qeyd edib.

Baş nazir Şahbaz Şərif vacib işlərlə əlaqədar tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın sessiyada yüksək səviyyədə təmsil olunacağını deyib.

Tərəflər, həmçinin regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi və gərginliyin azaldılması istiqamətindəki uğurlu təşəbbüslərini yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq etimadın göstəricisi olduğunu qeyd edib.

Liderlər sıx təmasda olmaq barədə razılığa gəliblər.

Baş nazir Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

Dövlətimizin başçısı dəvəti məmnuniyyətlə qəbul edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı