Azərbaycan İdeyası

Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlir

Tarix:10-03-2015, 12:45
Baxış Sayı:498

Pakistanın prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycana səfər edəcək.


APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında reallaşacaq.

3 günlük səfər zamanı Pakistan prezidentini rəsmi şəxslər və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Onların arasında PakistanNazirlər Kabinetinin üzvləri, yüksək çinli məmurlar, energetika sektorunda çalışan böyük şirkətlərin nümayəndələri, yüngül sənaye və digər sahələri təmsil edən iş adamları var.

Danışıqlar zamanı əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək. Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq. Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək.

Pakistan prezidenti M. Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 10 il ərzində Pakistana humanitar yardım sahəsindəki xidmətlərinə görə Pakistanın ali «Hilal-e Pakistan» ordenini təqdim edəcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı