Azərbaycan İdeyası

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb

Tarix:6-08-2026, 16:00
Baxış Sayı:4

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında təkbətək görüşdən sonra müzakirələr geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüşlər zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji, humanitar əlaqələr, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurası kimi mexanizmlərin tərəfdaşlığımızın genişləndirilməsində mühüm rolu qeyd edilib.

Ticarət dövriyyəsində müşahidə olunan bərpa meylləri müsbət qiymətləndirilib, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Regional məsələlər ətrafında müzakirələr kontekstində Azərbaycanın Ukraynada hərbi əməliyyatların dayandırılması, münaqişənin beynəlxalq hüquq əsasında diplomatik yollarla həll edilməsinə tərəfdar olduğu bildirilib, ölkəmizin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha təsdiq olunub.

Ukrayna xarici işlər naziri hərbi əməliyyatlar zamanı Qara dəniz və Azov dənizində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı və dərin hüzn ifadələrini çatdırıb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, o cümlədən hərbi eskalasiyanın başlanmasından etibarən 50 milyon ABŞ dollarını aşan dəstək, İrpin şəhərində həyata keçirilən bərpa layihələri, ukraynalı uşaqlar üçün reabilitasiya proqramları, eləcə də minatəmizləmə sahəsində göstərilən yardım barədə danışılıb.

Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşlərin yekununda mətbuat konfransı keçirilib, nazirlər bəyanatlarla çıxış edib və media nümayəndələrinin suallarını cavablandırıblar.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı