Azərbaycan İdeyası

İham Əliyev Latviya xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

Tarix:12-02-2017, 23:32
Baxış Sayı:685

İham Əliyev Latviya xarici işlər nazirini qəbul edib – YENİLƏNİB
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Latviya xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğuladı.
Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini bildirdi. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını vurğulayaraq, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.
Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Edqars Rinkeviçs dedi: “Prezident Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və Sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır”. Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Latviyanın xarici işlər naziri ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviyanın Prezidentinə çatdırmağı xahiş etdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Leopold 15 iyun 2017 13:02
  Жалоба     
Valentine's Day is a day created to reveal the essential man in your life just what does it cost? you care. While roses could be great for you, locating the ideal Valentine's day presents this year can be challenging when you are looking for Replica Handbags UK unique he will certainly love.If you are looking for excellent Valentine's presents for couples, we have you covered there. Among the very best gifts concepts and also one we like is getting matching his as well as her www.ralphlaurenukoutlet.org.uk. And also this set of the best Valentine's Day presents this year. it will not only make both of you delighted, yet it will certainly additionally provide you something that keeps you linked also when you are apart.We all have had the experience where we thought we were obtaining something outstanding for Valentine's Day to just end up with some conversation hearts or a box of chocolates. Today you have the most effective Valentine's Day gifts at hand so you could make the day unique. From designer Louis Vuitton Replica Wallets to the best watches online, we will certainly make certain you have one pleasant day.
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə