Azərbaycan İdeyası

İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı

Tarix:17-01-2017, 16:32
Baxış Sayı:390

İlham Əliyev tapşırıq verdi - Ermənilər KVN-dən uzaqlaşdırıldı

Xəbər verdiyimiz kimi, “Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin komandaları da dəvət olunmuşdu. Məsələ ilə bağlı Azərbaycan XİN-i və Gənclər və İdman Naziriyi etiraz bəyanatı yaymışdılar.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qondarma rejimi təmsil edən komandaların siyahıdan çıxarılması ilə bağlı ölkə başçısının birbaşa tapşırıq verdiyini qeyd edib. Bu barədə o, facebook sosial şəbəkəsindəki hesabında yazıb:
“Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.
Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandaların növbəti tura keçmələrinin qarşısı alınıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı