Azərbaycan İdeyası

 İlham Əliyev: "200 min nəfər işlə təmin olunacaq"

Tarix:29-03-2017, 10:56
Baxış Sayı:624

  İlham Əliyev: "200 min nəfər işlə təmin olunacaq"

Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, bütün hazırlıq işləri vaxtında görülməli, itkilər minimuma endirilməlidir: “Pambıq tarlalarına gedən yollar təmir edilir, qəbul və pambıqtəmizləmə məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz edilir. Bu il ancaq pambıq becərən rayonlarda 200 min insan işlə təmin olunacaq”.
Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatı mütəxəssisləri, aqronomların hazırlanması vacibdir: “Ölkəyə pivot suvarma sistemləri gətirilir. Həmin sistemlər məhsuldarlığı bir neçə dəfə artırır. Gələcəkdə ölkəmizdə pivot suvarma sistemlərinin istehsalı nəzərdə tutulub. Növbəti illərdə yeni pambıqtəmizləmə zavodlarına ehtiyac yaranacaq. Hazırda 22 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Onların emal gücü 400 min tondur”.
Dövlət başçısı nəzərə çatdırıb ki, pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcək: “Özlüyündə sosial layihə olan bu sahənin inkişafı əhalinin sosial durumunun yaxşılaşdırılmasına təkan verəcək”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı