Azərbaycan İdeyası

"Ağ qızıl"ın alış qiyməti yenidən müzakirə ediləcək

Tarix:29-01-2016, 16:26
Baxış Sayı:351



Azərbaycanda ənənəvi pambıqçılıq yenidən inkişaf etdirilməlidir. Bu sahədə inkişafa nail olmaq üçün fermerlərə yeni güzəştlər, uzunmüddətli kreditlərin verilməsi nəzərdə tutulub.
"Korrupsiya və Qanun" saytı Report-a istinadən bildirir ki, bunu Bakıda keçirilən "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir deyib ki, hazırda məsələ ilə bağlı şirkətlərlə danışıqlar aparılır.
"Pambığın alış qiymətinə yenidən baxılmalıdır", - deyə Ş.Mustafayev bildirib və Azərbaycanın idxaldan asılılığının azaldılmasının vacibliyini qeyd edib.
"Qarşıya qoyulan prioritet məqsədlərdən biri də ixracı stimullaşdırmaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, habelə investisiya, ixraca təkan vermək və biznesin inkişafına dəstək olmaqdır", - deyə iqtisadiyyat naziri bildirib.
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının 70% təşkil etdiyini vurğulayan nazir bu rəqəmin gələcək illərdə daha da artacağını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı