“Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tədbiq olunacaq”.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASANradio”ya müsahibəsində deyib.
O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: “Bu da yəqin ki, sentyabr ayında ictimiayyyətə təqdim olunacaq”.
DİM sədri qeyd edib ki, ötən il və bu il bakalavr pilləsində imtahan verən abituriyentlərin nəticələri təxminən eynidir: “Gələn il keçiriləcək qəbul imtahanları da builki model əsasında olacaq. Bu da axırıncı il olacaq ki, bu model əsasında qəbul imtahanları baş tutacaq. Çünki kurikulum əsasında təhsil alan şagirdlər gələn 2 ildən sonr XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İnanırıq ki, gələn ilin məzunları daha yaxşı nəticə göstərəcək. Həmçinin, əvvəlki illərin məzunlarının sayının artmasını gözləyirik”.
M.Abbadszadə deyib ki, bu ilin qəbul imtahanında 500 baldan çox nəticə göstərənlərin sayı 12,97 faiz olub: “Keçən il bu rəqəm 12, 6 faiz olub. Yəni, 13 faiz artım qeydə alınıb. Keçən il 11 030 nəfər 0-100 arası bal toplasa da, bu il 11 999 nəfər belə nəticə göstərib”.