Azərbaycan İdeyası

İlham Əliyev Dünya Bankının vitse-prezidenti ilə görüşüb

Tarix:23-10-2015, 16:48
Baxış Sayı:653

Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Korrupsiya və qanun" qəzeti AzerTac-a istinadfən xəbər verir ki, vitse-prezident Siril Müller 1999-cu ildə Dünya Bankı nümayəndə heyətinin tərkibində ölkəmizə səfər etdiyini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə keçirdikləri görüşü məmnunluqla xatırladıb. O, iki il bundan əvvəl ölkəmizə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə tərəqqi etdiyinin şahidi olduğunu vurğulayaraq respublikamızın son illərdə çox böyük uğurlar qazandığını deyib. Siril Müller Azərbaycanın gələcəkdə də çox firavan bir ölkə olacağına əminliyini bildirib.
Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu vurğulayıb.
Dövlət başçısı sonrakı illərdə ölkəmizdə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü şəkildə istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb.
Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan dövlət başçısı bu mərhələdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyini qeyd edib. İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev hazırda ümumi daxili məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü vurğulayıb. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu deyən dövlət başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirdi ki, asan olmasa da növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib