Azərbaycan İdeyası

Eldar Mahmudovun adamı İspaniyaya qaçdı

Tarix:3-11-2015, 09:59
Baxış Sayı:7 514

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri Avropaya qaçıb.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına əsasən “Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın yaydığı məlumata görə, sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevin Azərbaycanı tərk etdiyi deyilir. Bildirilir ki, o, oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir.
Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş.
Noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Hadisənin şahidi olan qonşuların verdiyi məlumata görə, onun evindən xeyli daş-qaş, qızıl zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.
Qəzet yazır ki, verilən məlumata görə, “Akula Akif” əsasən MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev və nazirliyin yüksək rütbəli zabiti Elşad Mahmudovla “işləyirmiş”. O, həbs olunacağından qorxduğu üçün nazir vəzifədən çıxarıldıqdan dərhal sonra Azərbaycandan qaçıb.

OXŞAR XƏBƏRLƏR
Mireya 30 iyul 2023 23:43
  Жалоба     
I like reading through a post that can make men and women think.
Also, thanks for allowing me to comment!

Review my web site laserpen kopen amsterdam
Matthew 18 avqust 2023 20:44
  Жалоба     
Thanks for another informative site. The place else may I am getting that kind of info written in such a perfect means?
I have a challenge that I am simply now working on, and I have been at the look out for such information.

Feel free to visit my page; tir compétition pointeur laser
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı