Azərbaycan İdeyası

İlham Əliyev Mədət Quliyevi sədr təyin etdi

Tarix:3-11-2015, 11:09
Baxış Sayı:417

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna yeni təyinat olub.
Korrupsiya və Qanun qəzeti virtualaz.org saytına istinadən verdiyi məlumata görə, milli təhülkəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.
Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.
Xəbər verdiyimiz kimi, Eldar Mahmudov oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra bu komissiyanın sədri postu da boş qalmışdı. Yəni E.Mahmudov nazir vəzifəsini itirməklə sözügedən komissiyanın sədri postundan da avtomatik olaraq məhrum olmuşdu.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı