Azərbaycan İdeyası

MEHRIBAN ƏLIYEVA IFTAR MƏRASIMINDƏ IŞTIRAK EDIB - FOTOLAR

Tarix:24-05-2019, 16:06
Baxış Sayı:242


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.
Korrupsiya-q.az Azertac-a istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.
İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildirdilər. Onlar Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə etdilər.
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzuladı.
İftar mərasimində "Qurani-Kərim”dən ayələr və iftar duası oxundu.
Müqəddəs kitabımız olan "Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.


    MEHRIBAN ƏLIYEVA IFTAR MƏRASIMINDƏ IŞTIRAK EDIB - FOTOLAR

    MEHRIBAN ƏLIYEVA IFTAR MƏRASIMINDƏ IŞTIRAK EDIB - FOTOLAR

    MEHRIBAN ƏLIYEVA IFTAR MƏRASIMINDƏ IŞTIRAK EDIB - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI